ABŞ hərbi helikopteri İran limanlarına tətbiq olunan dəniz blokadasını yarmağa cəhd edən Panama bayraqlı gəmiyə atəş açıb.

Bu barədə “Wall Street Journal” ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, gəminin heyəti İran limanlarına tətbiq edilən blokadanı həyata keçirən hərbçilərin xəbərdarlıqlarına məhəl qoymayıb. Bundan sonra ABŞ hərbi helikopteri gəminin sükan qurğusuna atəş açıb.

Hadisə nəticəsində xəsarət alan və ya ölənlər barədə ilkin məlumat yoxdur. Bildirilir ki, hücumdan sonra gəmi heyətini başqa bir mülki gəmiyə təxliyə ediblər.

Bundan əvvəl Britaniyanın dəniz risklərinin idarə edilməsi üzrə “Vanguard” şirkəti və dəniz təhlükəsizliyi mənbəsi Panama bayraqlı “Vela Nova” konteyner gəmisinin Oman körfəzindən keçərkən Pakistan sahillərindən təxminən 71 dəniz mili məsafədə raketlə vurulduğunun ehtimal edildiyini bildirib.

.