"APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı şirkətə daxil olan saytların fəaliyyətinin dayanmasına münasibət bildirib.

BAKU.WS xəbər verir ki, V. Mahirqızı hazırda saytların fəaliyyətinin şirkətin özü tərəfindən dayandırıldığını qeyd edib:

"Müəyyən problemlər yarandığına görə "APA Holding"ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb. Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək".

Qeyd edək ki, APA avqustun 1-dən fəaliyyətini dayandırıb.
.