"Rusiyanın Qara dəniz donanması imzalanmış müqavilənin şərtlərinə əsasən, 25 min nəfərlik hərbçini Krıma yerləşdirə bilər." Yenizaman.az "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib. O, əlavə edib ki, rəsmi Moskva Krımdakı obyektlərini qorumaq və yerli vətəndaşlara ziyan vura biləcək ekstremistləri zərərsizləşdirmək üçün bölgədə mövcudluğunu davam etdirir.
Məlumat üçün bildirk ki, Rusiyanın Krımı bir neçə istiqamətdən nəzarətə götürməsi, hava limanlarına ordu yerləşdirməsi və hərbi hissələrdə 3 min əsgərin xidmətdən boyun qaçırması Ukraynanın yeni hökuməti tərəfindən böyük etirazla qarşılanmışdı. Ukrayna rəhbərliyi Rusiyanın Krıma hərbi müdaxilə etməsini BMT-nin Təhlükəsizlik Şurasının gündəliyinə də çıxarmışdı.
.
