Xarici mətbuat Səudiyyə Ərəbistanının müftisi Şeyx Səd Nasır əl-Şesrinin "İraq-Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasını ittihama məruz qoyan açıqlama yaydığını nəzərə çatdırır.
Müfti İŞİD-in vəhabiliyin banisi Məhəmməd ibn Əbdülvahhabın təlimindən uzaq düşməkdə suçlayıb.
Səudiyyə Ərəbistanının "Darul- Fətva” (dini hökmlər vermək hüququna malik qurumu) qurumunun üzvü olan şeyx əl-Şesri övladları "İraq Şam İslam Dövləti”nə qatılan valideynləri də qınayıb. Onların bu əmələ görə məsuliyyət daşıdıqlarını xatırladıb.
"İŞİD yəhudi və xristianlardan, bütpərəstlərdən daha kafirdir. Allaha və onun Peyğəmbərinə qarşı savaşa başlayıblar. Allahın evlərini qapadır, din alimlərini qətl edir, Allah qullarına əzab verirlər. Bu qruplaşma ilə əlaqə yaratmaq böyük günah işləmək, hətta dindən çıxmaq deməkdir”, - şeyx əl-Şesri bəyan edib.
Müfti öldürülən İŞİD üzvlərinin cənnətə yox, cəhənnəmə vasil olacaqlarını söyləyib. Onlara beyət etməyi dəyərsiz adlandırıb.
İŞİD-lə hər hər hansı işbirliyi haram və Allaha xəyanət hesab edilir. Onlara qarşı savaşmaq vacib sayılır və İŞİD-ə qarşı savaşda ölənlərin şəhid olduqları bəyan edilir.
.
