“Bugünkü karantinin nəticəsi 10-14 gün sonra ortaya çıxacaq”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, apreldən 27-dən ölkə karantin rejiminin yumşaldılmasına başlanılıb: “27 apreldən 12 gün sonra 25 civarında olan yoluxma 100-ə çıxdı. Bu gün isə artıq 200-dən çox yoluxma var. Yoluxmalar artan zaman dövlətlər yenidən sərt tədbirlər görmək məcburiyyətində qalırlar. Azərbaycanda da bu addımları atırlar. Ölkələr məhdudiyyətləri aradan qaldırdıqda yoluxmalar da artır”.

H. Harmancı qeyd edib ki, dünya virusla mübarizənin birinci mərhələsindədir.

.