Ümumdünya səhiyyə təşkilatı (ÜST) COVID-19 üçün pandemiya statusunu ləğv edib.

Bu barədə qurumun rəhbəri məlumat verib.

Pandemiyanın başlanğıcından bəri 20 milyon insan xəstəlikdən dünyasını dəyişib.

ÜST Baş katibi Tedros Qebreyesus bəyan edib ki, COVID-19 indi oturuşmuş və davam edən səhiyyə məsələsidir və artıq beynəlxalq narahatlığa səbəb olan ictimai sağlamlıq üçün fövqəladə vəziyyət deyil.

Bununla belə, Qebreyesus qeyd edib ki, bu, koronavirusun səhiyyə sahəsinə qlobal təhlükə olmadığı anlamına gəlmir.

O bildirib ki, koronavirus hələ də qalır, buna görə də bütün dövlətlər digər yoluxucu xəstəliklər kimi, COVİD-19-la da mübarizənin yollarını öyrənməlidir.

.