“Azərbaycan hökuməti COVİD-ə qarşı mübarizəni çox sürətli şəkildə edib. 2020-ci ilin fevralında ilk dəfə koronavirus aşkarlandıqdan bir il sonra yanvardan ölkə üzrə vaksinləşmə başlayıb. İnfrastruktur, elektron baza qurulub, yeni xəstəxanalar yaradılıb, laboratoriya sayı artırılıb”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib. Onun sözlərinə görə, bunların hamısı normal vaxtda belə asan qurmaq mümkün olmayan işlərdir, amma bütün bu işlər pandemiya vaxtı qurulub: “Bundan əlavə, Azərbaycanda əhali bir çox Qərbi Avropa ölkəsindən tez və daha çox vaksin olunub. Eyni zamanda, ictimai məsuliyyət dediyimiz maska, əl gigiyenası, sosial məsafənin qorunması ilə bağlı qaydalara yaxşı şəkildə əməl edilib. Son 10-15 gündə ölkədə yoluxma sayı da təxminən eynidir. Amma bunun davam etməsi də çox vacibdir. Çünki hələ pandemiya bitməyib. Əslində normal həyata təxminən geri dönmüşük. Bircə sosial məsafəni qorumağımız və qapalı yerlərdə maska taxmağımız, əl gigiyenası və havalandırma vacibdir, bunlara davam etsək, normal həyata dönə bilərik”.

.