"Hamının koronavirusun yoxlanması üçün testdən keçməsinə ehtiyac yoxdur”.
Bunu APA TV-yə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, belə olduğu halda test çatmaz: "Ancaq lazım olduqda insanları test olur. Bunlar koronavirus simptomları daha çox olan, koronavirusa yoluxan insanlarla işləyən həkimlər, müəyyən etdiyimiz bəzi kateqoriya insanlardır. Hamının testdən keçməsi lazımsızdır, həm də test itkisinə səbəb olur”.
ÜST: Azərbaycan hökumətinə testlərlə bağlı dəstəyimiz çox da böyük deyil, hökumət özü daha çox test alır
"Koronavirusa yoluxanların sayı 1 milyonu keçib. Virusa yoluxanların sayının getdikcə daha da artması gözlənilən idi, çünki yoluxma sürətlə artır. Virusun bəlkə də əvvəldən təxmin etdiyimizdən də çox yoluxuculuğu ola bilər deyə düşünürəm”.
Bunu APA TV-yə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, hazırda dünyanın bir çox ölkəsi karantin rejimləri tətbiq etməklə virusun yayılma artım sürətini azaltmağa çalışır: "Qaydalara, tövsiyələrə əməl etmək, diqqətli olmaq lazımdır”.
H. Harmançı xəstəlik ilk başladığı dövrlərdə Ümumdünya Səhiyyə Təşkilatının diaqnostik testlərlə bağlı Azərbaycan hökumətinə dəstək göstərdiyini də deyib.
.
