Ali məktəbə qanunsuz yollarla tələbə qəbul etdirməkdə təqsirləndirilən Bəxtiyar Həsənov, Xuraman Xudiyeva və Vaqif Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
 
Hakimlər kollegiyasının hökmünə əsasən Xuraman Xudiyeva və Bəxtiyar Həsənov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tədbiq edilərək şərti cəza verilib. B.Həsənov məhkəmə zalından azadlığa buraxılıb. Xuraman Xudiyeva isə istintaq dövründən zamində olub.
 
Vaqif Qəribov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, təqsirləndirilən B. Həsənov və V. Qəribov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına tələbə qəbul etdirmək adı ilə, zərərçəkmiş Natiq Abbasobdan TQDK-nın binası qarşısında 10 min manat pul alıblar. Xuraman Xudiyeva isə zərərçəkmiş Gülşən Fətəliyevanı dövlət komitəsində işə düzəltmək məqsədilə 7 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
.