BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) yeni Baş katibi Xaled El-Enani gələn il Bakıda keçiriləcək beynəlxalq tədbirlərə dəvət olunub.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qurumun Baş katibi ilə telefon danışığı zamanı məlumat verib.
Nazir 2026-cı ildə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13), Bakı prosesi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib və Baş katibi bu tədbirlərdə iştiraka dəvət edib.
.
