
"İşğaldan azad edilmiş Azərbaycan şəhərlərini gəzməyə davam edirik. Bu gün Şəhər günü münasibəti ilə Laçına - qədim tarixə malik şəhərə səfər etdik".
Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Facebook hesabındakı paylaşımında qeyd edib.
Səfir bildirib ki, bölgənin özü inanılmaz mənzərələri və təbiəti ilə heyran edir.
"Bu gün burada irimiqyaslı infrastruktur layihələri həyata keçirilir, həyat tədricən ölkənin dilbər guşələrindən birinə geri qayıdır. Azərbaycan, mübaliğəsiz, heyranedici bir bərpa tempi nümayiş etdirir. Müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə sürətlə davam edən müsbət dəyişikliklər məni çox sevindirir. Əminəm ki, biz də Ukraynanın Rusiya tərəfindən müvəqqəti işğal olunmuş bütün ərazilərini yenidən quracaq və onlara həyatı geri gətirəcəyik" - deyə, səfir əlavə edib.
.