Ukraynada etiraz aksiyaları zamanı saxlanılanların hamısı azadlığa çıxıb. Yenizaman.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu milli müqavimət qərargahından bildiriblər. Məlumatda qeyd edilir ki, fevralın 14-də Kiyevin Avropa meydanında keçirilən fasiləsiz aksiyalara görə həbs olunan 234 nəfərin hamısı sərbəst buraxılıblar. Bu qərarı Kiyevin Qoloseevski rayon məhkəməsi qəbul edib.
.