
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ukraynaın xarici işlər nazirinin müavini Əminə Caparova ilə görüşüb.
Bu barədə Ukrayna xarici işlər nazirinin müavini "Twitter"də bildirib.
“Azərbaycan Respublikasının Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşdən məmnun oldum. Biz Krım Platforması Sammitinə hazırlıq və Sülh Formulunu müzakirə etdik. Biz ədalətli və davamlı sülhün bərpasına yönəlmiş təşəbbüslərimizdə Azərbaycanın dəstəyinə güvənirik”, - Ukrayna XİN rəsmisi qeyd edib.
.