Ukrayna ordusu Rusiyanın Volqoqrad şəhərində yerləşən "LUKOIL-Volqoqradneftepererabotka" neft emalı zavoduna zərbə endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində obyektə birbaşa dəymə qeydə alınıb və müəssisənin ərazisində yanğın baş verib.
Bildirilib ki, "LUKOIL-Volqoqradneftepererabotka" Rusiyanın ən iri neft emalı müəssisələrindən biridir. Zavodun illik emal gücü təxminən 15 milyon ton neft təşkil edir. Müəssisədə avtomobil benzini, dizel və aviasiya yanacağı istehsal olunur, həmçinin Rusiya Silahlı Qüvvələrinin yanacaq təminatında iştirak edir.
Ukrayna Baş Qərargahı əlavə edib ki, eyni gecə işğal altında olan Luqansk vilayətinin Holubovka yaşayış məntəqəsi yaxınlığında Rusiyaya məxsus "Pole-21" radioelektron mübarizə (REM) kompleksi, Krımın Naumka rayonunda sursat anbarı, həmçinin Donetsk vilayətinin işğal altındakı Baxmut istiqamətində yerləşən komanda idarəetmə məntəqəsi də vurulub.
.
