Ukrayna ordusu ölkənin şərqində yerləşən Donetsk vilayətindəki silahlı şəxslərə qarşı əməliyyata start verib. Artıq mövqelər uğrunda tərəflər arasında silahlı qarşıdurmalar qeydə alınıb.
"RİA Novosti" agentliyinin verdiyi məlumata əsasən, hərbçilərlə yerli döyüşçülər arasında qarşıdurmada 11 nəfər həyatını itirib. Hazırda xüsusi təyinatlı və milli qvardiyanın əsgərləri tərəfindən keçirilən əməliyyatda Slavyansk əhalisi bir neçə məntəqədə mühasirəyə düşüb.
"Anadolu" xəbər agentliyi məlumat yayıb ki, bəzi yerli polislərin də dəstəyini alan silahlı şəxslər təslim olmağı qəbul etməyib. Ordu qüvvələri ilə yerli döyüşçülərin qarşıdurmasında qurban olmaq istəməyən sadə vətəndaşlar isə Slavyansk şəhərini tərk etməyə başlayıb.
Bu arada Luqanskda yaşayan yüzlərlə silahlı ordu qüvvələrinin müdaxiləsi ilə üzləşən Slavyansk şəhərindəki tərəfdarlarına kömək etmək üçün Donetskə yola düşüblar.
