Ukrayna Fransadan daha bir Lance Roquette Unitaire (LRU) uzaq mənzilli reaktiv yaylım atəş sistemi alıb.

Bunu Ukrayna müdafiə naziri Oleksiy Reznikov “Twitter“də yazıb.

“Ukrayna ordusunun “uzun əl” (uzaq mənzilli raket atışı sistemləri) ailəsinin 4-cü üzvü bugün Fransadan ölkəmizə gəldi. Ukrayna ordusu indi düşmənin qarşısını almaq və məhv etmək üçün daha güclüdür. Bu ölkələrimizin liderləri arasında dostluğun gözlənilən nəticəsidir. Fransa müdafiə naziri Sebastiyen Lekornuya, hökumətinə və xalqına təşəkkür edirəm” – Reznikov vurğulayıb.

.