UEFA rəhbərliyi Uels hökuməti ilə Çempionlar Liqasının finalının Kardiffdəki "Millenium” stadionunda bağlı tavan altında keçirməyi müzakirə edir. Buna səbəb havadan terror təhlükəsidir.

İstənilən halda final oyununda təhlükəsizliyə ciddi fikir veriləcək. Həlledici matçın hazırlıqları bir neçə aydır başlayıb.
Bu həftə "Borussiya Dortmund” – "Monako” (2:3) qarşılaşmasından əvvəl terror hadisəsi baş vermişdi. Alman klubunun avtobusunun yanındakı partlayış nəticəsində "Borussiya”nın futbolçusu Mark Bartra və polis əməkdaşı zərər çəkmişdi.
.