Bu gün yerli vaxtla saat 12:11-da Balıkesirin Sındırqı rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ 8,4 km dərinlikdə baş verib.

Xatırladaq ki, avqustun 10-da Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib. Baş verən zəlzələ nəticəsində bir bina çöküb,1 nəfər ölüb, 29 nəfər xəsarət alıb.

.