Türkiyənin Azərbaycandakı Səfirliyi ölkəmizi Silahlı Qüvvələr Günü ilə münasibətilə təbrik edib.

Bu barədə Səfirliyin "Twitter" səhifəsindəki paylaşımda deyilir.

"Qardaş Azərbaycanın 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir, Azərbaycanın suverenliyi və müstəqilliyinin qorunması uğrunda məsuliyyətli və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayırıq", - deyə qeyd olunub.

.