Türkiyədə son günlər meşə sahələri də daxil olmaqla ayrı-ayrı yerlərdə ümumilikdə 206 yanğın hadisəsi qeydə alınıb.
Bu barədə Türkiyənin Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi "X" sosial media hesabında məlumat yayıb.
Qeyd olunub ki, bu yanğın hadisələrinin 202-si nəzarət altına alınıb.
Hazırda davam edən yanğın hadisələri Balıkesir-Gömeç, Antalya-Alanya, Mersin-Gülnar-Aydıncık və Aydın-Çine ərazilərini əhatə edir. Yanğınların 133-ü meşədən kənar ərazilərdə baş verib.
Ölkə üzrə yanğınla mübarizə çərçivəsində 28 təyyarə, 119 helikopter və 14 pilotsuz uçuş aparatı (PUA), 1 953 yanğınsöndürmə avtomobili, 2 766 ilkin müdaxilə maşını və 878 xüsusi texnika fəaliyyət göstərir.
.
