Türkiyə Sahil Mühafizəsi Rizə vilayəti sahillərində suya qəza enişi edən şəxsi təyyarənin göyərtəsindəki iki Belçika vətəndaşını xilas edib.
Yenizaman Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Rizə vilayətinin valisi İhsan Selim Baydaş bildirib.
Xilas edilənlər xəstəxanaya çatdırılıb.
Məlumata görə, şəxsi təyyarə Batumidən Ordu-Giresun hava limanına uçurmuş. Texniki nasazlıq səbəbindən o, sahil yaxınlığında suya qəza enişi edib.
.
