Türkiyədə Bakırköy istiqamətində hərəkət edən mülki geyimli polisləri daşıyan xidmət mikroavtobusu yağışlı hava səbəbindən baryerə çırpılaraq aşıb.

CNN xəbər verir ki, qəza, Basın Ekspres yolunun Çobançeşme qovşağında baş verib.

İlkin məlumata görə, qəza nəticəsində 6 nəfər xəsarət alıb. Qəza səbəbindən yol nəqliyyatın hərəkəti üçün bağlanıb.

.