Türkiyədəki partlayışı törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

Türkiyənin DİN rəhbəri Süleyman Soylu hadisə barədə “Twitter“də yazıb.

“Bu gün Diyarbəkirdə baş vermiş partlayış nəticəsində yaralanan polis əməkdaşları xəstəxanaya aparılıb. Hadisədə şübhəli bilinən 2 nəfər saxlanılıb”, - nazir qeyd edib.

Xatırladaq ki, partlayış zamanı 8-i polis olmaqla, 9 nəfər yaralanıb.

.