Türkiyədə avtobus qəzaya uğrayıb.

“Anadolu” xəbər verir ki, içərisində əkinçiliklə məşğul olan şəxslərin olduğu avtobus Konyada qəzaya düşüb.

Sürücü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə 2 nəfər ölüb, 18 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

.