Azərbaycan antiterror tədbirləri ilə əraziləri üzərində tam suverenliyini təmin etdi.

Bunu bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib.

Hakan Fidan deyib ki, sülhün olduğu Cənubi Qafqaz hər kəs üçün vacibdir: “Buna görə də bütün tərəflər buna səy göstərməlidir. Təəssüf ki, Qərbdəki erməni lobbisi bəzi şəbəkələri Azərbaycanın üzərinə qaldırmağa çalışır. Bu ölkələrin Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaq istiqamətində çalışsa, daha yaxşı olur.

Azərbaycan-Ermənistan arasındakı son razılaşmanı da yüksək qiymətləndiririk. Biz bölgədə sülh və sabitliyə çox yaxınıq. Bu istiqamətdə Azərbaycanla əlaqələrimizi yaxından davam etdirəcəyik”.

.