1915-ci ildəki hadisələri "soyqırımı" adlandırmaq heç bir məntiqə sığmır.

Bunu Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən "Qondarma Erməni soyqırımı: İddialar və gerçəklər" mövzusunda konfransda Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

Cahit Bağçı bildirib ki, həmin dövrdə dağılmaqda olan imperiyanın bir çox xalqları gerçək soyqırımlarına məruz qalıb: “O dövrdə 500 min nəfərdən çox müsəlman qətlə yetirilib. Soyqırımı hüquqi bir anlayışdır. Bu səbəbdən də 1915-ci ildəki hadisələri "soyqırımı" adlandırmaq heç bir məntiqə sığmır. Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il tarixli qərarı ilə "soyqırımı" iddialarına tutarlı cavab verib. 2005-ci ildə Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiya yaradılmasını təklif etsə də, Ermənistan tərəfi hələ də bu təklifə cavab verməyib. 1915-ci ildəki hadisələri tarixi məcrasından çıxarıb birtərəfli qaydada təqdim etmək yalnız terrorçu qruplaşmaların maraqlarına xidmət edir".

Səfir bildirib ki, həmin dövrdə ermənilərdən daha çox pozuculuq fəaliyyətlərində istifadə edirdilər: “Bu dəstək cavabsız qalmadı. Rusiya ordusu imperiyanın cənubunda məskunlaşmağa başladı. 1915-ci ildə Çar Rusiyasında qəbul olunan qanun nəticəsində bölgədə ölüm-dirim müharibəsi başladı”.

Cahit Bağçı: 1915-ci il hadisələri ilə bağlı ortaq komissiya təklifi gündəmdədir

“Bu gün 1915-ci ildə baş verənlərə məqsədli şəkildə "soyqırımı" deyirlər, amma bunu araşdırmaq siyasətçilərin yox, tarixçilərin işidir”.

Bunu Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən "Qondarma Erməni soyqırımı: İddialar və gerçəklər" mövzusunda konfransda Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

“Türkiyə 2005-ci ildə həmin hadisələrin araşdırılması üçün ortaq komissiyanın yaradılmasını təklif etsə də, Ermənistan hələ də bu təklifə cavab verməyib. Əksinə, bu məsələni bəzi ölkələrin parlamentlərində tanıtmağa nail olub. Bu təklif hazırda da gündəmdədir. Unudulmamalıdır ki, hazırda Türkiyə qarşıya qoyduğu yüzillik hədəfi ilə bütün platformalarda güclü bir dövlətdir", - səfir qeyd edib.

.