
Ənənəyə uyğun olaraq, buradan (Şimali Kipr Türk Respublikasından) Azərbaycana gedəcəyəm.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarla birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycanda bir sıra görüşlər keçirəcək.
Ərdoğan: Kiprlə bağlı müzakirələrə dönüşün yolu ŞKTC-nin suverenliyindən keçir
Kipr adasında müzakirə masasına dönüşün yolu Şimali Kipr Türk Respublikasının suverenliyindən keçir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikası Prezidenti Ersin Tatarla birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə Kipr məsələsində hər zaman dialoqun tərəfdarıdır: “Mənasız silahlanma tərəfdarı olanlar bu təşəbbüsün risklərini anlamalıdırlar. Şimali Kiprdəki türk qardaşlarımızın təhlükəsizliyini öz təhlükəsizliyimiz kimi qiymətləndiririk”.
.