“Allah Azərbaycanı və Türk dünyasını daha neçə zəfərlərə qovuşdursun”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda deyib.
Türkiyə Prezidenti bildirib ki, bu gün Vətən müharibəsində torpağa tapşırılan bütün şəhidləri rəhmətlə yad edir.
Ərdoğan Azərbaycan ədəbiyyatının simvolllarından olan Məmməd Arazın Vətən eşqini izah edən “Vətən desin “şerini səsləndirib:
“Bu gün gərək
Hər anımız Vətən! – desin!
Qılıncımız, qalxanımız
Vətən! – desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin.
Vətən! – desin
Qəlbimizin hər duyğusu,
hər vurğusu
Vətən! – desin.
Fərqi yoxdur, harda olaq,
Zamanımız, məkanımız
Vətən! – desin...
