Sabah Daşkənddə Türkiyə-Özbəkistan-Azərbaycan xarici işlər nazirləri, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu üçtərəfli mexanizm çərçivəsində Xəzərdən keçən Şərq-Qərb dəhlizi başda olmaqla, üç ölkənin ortaq gündəmində olan məsələlərdə koordinasiya və əməkdaşlığın artırılması hədəflənib.

.