Türkiyənin Yunanıstanla sərhəd Ədirnə vilayətində dünən silahlı insident olub.

Türkiyənin diplomatik mənbələrinin xəbərinə görə, Yunanıstanın Ankaradakı Səfirliyinin müvəqqəti işlər vəkili, Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Buna dünən yeri vaxtla saat 19:20 radələrində Yunanıstan tərəfindən açılan atəşlər nəticəsində bir Türkiyə vətəndaşının ölümü səbəb olub.

Türkiyə XİN-dən Yunanıstan Səfirliyinin müvəqqəti işlər vəkilinə bu hadisənin araşdırılması, nəticəsi barədə məlumat verilməsi, qətli icra edənlərin cəzalandırılması, bu cür hadisələrin təkrarlanmaması və hadisənin qurbanı olan şəxsin ailəsinə təzminatın ödənilməsi tələbi bildirilib.

.