Türkiyə polisi yenidən əməliyyatlara start verib.
Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, çox sayda polis saxlanılıb. Gecə yarısı 22 rayonda təşkil olunmuş əməliyyatda 200-ə yaxın ünvanda axtarış aparılıb.
Əməliyyat cinayət etmək məqsədiylə dəstə yaratmaq, şəxsi həyatın gizliliyi, mülk toxunulmazlığı, casusluq, qanunsuz dinləmə, rəsmi sənəddə saxtakarlıq, saxta dəlil uydurmaq və istintaqın gizliliyini pozmaqda şübhəli bilinən polislərə qarşı təşkil olunub.
Saxlanılan polislərin sayının 34 olduğu və artabiləcəyi ehtimal olunur.
Həbs olunanlar arasında əvvəllər polisdə yüksək vəzifə tutanların da olduğu bildirilir. Bunlardab biri keçmiş Terrorla Mübarizə İdarəsinin müdiri Ö. Kösədir. Kösə səhər müayinə üçün xəstəxanaya gəririlərkən qandalsız olub, lakin çıxışda qandallı olmağı diqqət çəkib.
Kösə 17-25 dekabr "Böyük rüşvət" əməliyyatında İstanbul Terrorla Mübarizə İdarəsinin müdiri vəzifəsində olub.
Terrorla Mübarizə İdarəsinin şöbə müdiri Yurt Atayunun isə telefonla ifadə verməyə çağırıldığı məlum olub.
.
