Yenizaman.az "Anadolu" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatlar arasında növbəti dəfə qarşıdurma yaranıb. Dərshanələrin taleyi ilə bağlı müzakirə aparılarkən Cumhuriyyət Xalq Partiyasının (CHP) İstabuldan olan deputatı Melda Onur hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili Selçuk Özdağı tənqid edib.
Tərəflər arasında yaranan mübahisə sonradan əlbəyaxa davaya keçib. Nəticədə bir neçə millət vəkili nüxtəlif növ bədən xəsarətləri alıb.
.