ABŞ Prezidenti Donald Trampın NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) Sammiti çərçivəsində Ankarada qalacağı otelin ətrafında genişmiqyaslı təhlükəsizlik tədbirləri görülüb.

Əraziyə bariyerlər quraşdırılıb, giriş-çıxışlar ciddi nəzarətə götürülüb.

Hotelin ətrafında polis əməkdaşları gücləndirilmiş rejimdə fasiləsiz xidmət göstərəcək.

Qeyd edək ki, Donald Trampın sabah Ankaraya gələcəyi gözlənilir. ABŞ prezidentinin NATO sammitində 1000 nəfərlik nümayəndə heyəti ilə iştirak edəcəyi bildirilir.
 

.