Həm Rusiya, həm də Ukrayna anlaşmaq istəyirlər.
Tramp bununla bağlı bu gün Ankarada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşündə Rusiya-Ukrayna münaqişəsi barədə danışarkən deyib.
O, müharibənin tezliklə başa çatacağına inamını ifadə edib.
"Türkiyə Prezidenti bu məsələdə daim kömək edib. Mən səkkiz müharibəni bitirmişəm. Zənn edirəm ki, doqquzuncunu da həll edərik".
D.Tramp bildirib ki, Rusiya və Ukrayna prezidentləri ilə yaxşı danışıqlar keçirib və buna davam edir:
"Hər ikisi bu işin həll olunmasını istəyir. Mənim bütün həyatım boyu etdiyim budur - qarşılıqlı anlaşma və nəticə əldə etmək. Ümid edirəm ki, bu, yaxın zamanda baş tutacaq".
.
