ABŞ Prezidenti Donald Tramp Asiya ölkələrinə səfəri çərçivəsində Koreya Xalq Demokratik Respublikasının Lideri Kim Çen In ilə görüşmək üçün vaxtın razılaşdırıla bilmədiyini bəyan edib.
"Mən Kim Çen Inı yaxşı tanıyıram, biz yaxşı anlaşırıq. Amma vaxtı razılaşdıra bilmədik", - Tramp Cənubi Koreya prezidenti ilə görüşündə bildirib.
O, həmçinin Şimali Koreya və Cənubi Koreya arasında uzun müddətdir davam edən gərginliyi qeyd edib: "Bütün bunları həll etmək üçün nə edə biləcəyimizə baxacağıq".
.
