ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri ilə İrana qarşı hərbi əməliyyatların miqyasının genişləndirilməsi imkanlarını müzakirə edib.
Bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp iyulun 14-də Ağ Evin Situasiya Otağında keçirilən müşavirədə Hörmüz boğazı bölgəsində hazırda davam edən zərbələrdən daha genişmiqyaslı əməliyyatın keçirilməsini müzakirə edib.
Portalın yazdığına görə, ABŞ Prezidenti İranı Hörmüz boğazını açmağa və Vaşinqtonun nüvə proqramı ilə bağlı tələblərini qəbul etməyə məcbur etmək üçün münaqişənin eskalasiyasına hazır görünür.
Müşavirədə vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Heqset, Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.
.
