Düşünürəm ki, Ərdoğan da İranın nüvə silahına sahib olmasını istəməz.

Bunu ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

O, İranla müharibə haqqında danışarkən Türkiyənin İranın lehinə olaraq müharibəyə müdaxilə etmək gücündə olduğunu, lakin bunu etmədiyini vurğulayıb.

“Türkiyə çox möhtəşəmdir. Bir çox məsələdə onlar möhtəşəmdirlər. Türkiyənin güclü ordusu var. İran məsələsində də onların (İranın, - red.) tərəfindən müharibəyə qoşula bilərdilər. Amma bunu etmədilər”, - Tramp Türkiyədən razılığını bildirib.

ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək

ABŞ Türkiyəyə qarşı sankiyaları ləğv edəcək.

Bunu ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.

“Biz dostlarımıza sanksiya tətbiq etmək istəmirik”,- Tramp vurğulayıb.

NATO sammiti Türkiyədə keçirilməsəydi, yəqin ki, iştirak etməzdim

NATO sammiti Türkiyədə keçirilməsəydi, bəlkə də, iştirak etməzdim.

Bunu ABŞ prezidenti Donald Tramp Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib.

“Mən NATO-dan çox incimişəm. Sözün açığı, sammit Türkiyədə keçirilməsəydi, ola bilərdi ki, iştirak etməyim”, - ABŞ lideri vurğulayıb.

O, NATO-nu ABŞ-a kömək etməməkdə günahlandırıb.

.