ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana İslam Respublikasının Ali lideri Əli Xameneinin dəfn mərasimi ilə bağlı danışıqlara bir həftəlik fasilə verdiyini açıqlayıb.
Amerika lideri bu barədə 4 iyulda qeyd olunan ABŞ-nin Müstəqillik Günü münasibətilə Cənubi Dakotada çıxışında deyib.
"Onlar razılaşma əldə etməyə can atırlar. Onlar cidd-cəhdlə razılaşma istəyirlər. Biz onlara dəfn mərasimi üçün bir həftəlik fasilə vermişik", - Tramp deyib.
Xatırladaq ki, İranın mərhum Ali lideri Əli Xamenei ilə vida mərasimi Tehranda iyulun 3-də başlayıb. Dəfn mərasimi 9 iyulda ayətullahın doğulduğu Məşhəddə keçiriləcək.
.
