Şənlik mərasimlərinin keçirilməsi üçün icazələrin verilməsi məqsədilə icaze.e-gov.az portalı Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən 26 iyun 2021-ci il tarixindən etibarən aktivləşdirilib.

Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) ötən illə bağlı hesabatında bildirilib.

Qeyd edilib ki, ümumilikdə, 2021-ci il ərzində portal üzərindən 1120 şadlıq sarayı, 50 minə yaxın tədbir, 6,2 milyondan çox qonaq qeydiyyatdan keçirilib.

Hazırda portal üzərindən 1192 şadlıq sarayı, 63,8 minə yaxın tədbir, 8 milyondan çox qonaq qeydiyyatdan keçirilib.

COVID-19 pasportları 10,3 milyon dəfə yoxlanılıb

“CheckApp” mobil tətbiqi üzərindən COVID-19 pasportlarının yoxlanılması sayı açıqlanıb.

Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) ötən illə bağlı hesabatında bildirilib. Qeyd edilib ki, Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması məqsədilə 2021-ci ilin sentyabr ayının 1-dən istifadəyə verilmiş “CheckApp” mobil tətbiqi üzərindən COVID-19 pasportları təqribən 10,3 milyon dəfə yoxlanılıb.

.