
Tovuz rayonunda 29 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.
Tovuz rayon Əyyublu kəndində 1996-cı il təvəllüdlü Mətanət Hacızadə bıçaqlanaraq öldürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Sabuhi Hazıcadədir.
İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində törədilib.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
.