
“Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir, çox yaxın dövlətdir”.
Aprelin 10-da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə məhdud tərkibdə görüşü zamanı bildirib.
“Biz öz tərəfimizdən ticari-iqtisadi, investisiya sahələrində və əlbəttə, siyasi arenada istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət üçün hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdən ötrü nə mümkündürsə edirik. Çox iş görülüb. Fikrimcə, geniş tərkibdə görüşdə bu barədə danışacağıq. Bundan əlavə, müvafiq nazirlərin məruzələrini dinləyəcəyik, onlar görülmüş işlər barədə hesabat verməlidirlər, əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair planlar cızacağıq” – deyə o qeyd edib.
.