Qətli törədən Fərid Zeynalovun əmisi Elçin Zeynalov APA-nın Qarabağ müxbirinə açıqlamasında bildirib ki, ailəsi F. Zeynalovun nikahdan kənar qadınla yaşamasından dünən xəbər tutub: "Dünən Tofiqə Qurbanovanın valideynləri kəndə gələrək Fəridin onların qızı ilə qeyri-rəsmi nikah münasibətlərində yaşadığını bildirdi. Məlum oldu ki, Fərid 3-4 aydır, bu qızla birgə yaşayır. Bu evlilikdən xəbərsiz olmuşuq. Hər şey bundan sonra başladı. Biz istəyirdik ki, məsələni qanunu yolla həll edək. Lakin Fərid söhbət etmək məqsədilə Tofiqəni də götürərək həyətə düşdü. Bir müddət sonra isə Fərid Tərtər rayon Polis Şöbəsindən evə zəng edərək Tofiqəni həyətdə boğaraq öldürdüyünü, polisə təslim olduğunu dedi. Fəridin həyat yoldaşı məsələdən xəbər tutan kimi uşaqlarını da götürüb atası evinə gedib”.
Tərtər Rayon Prokurorluğundan APA-ya bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

saat 13.31
***
 Tərtər rayonunda qətl hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 22-də Tərtər rayonunun Köçərli kəndində yaşayan Əzizə Zeynalovanın həyətində, nəvəsi Fərid Zeynalov münaqişə zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Ağdam rayon sakini Tofiqə Qurbanovanı boğub.
Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Zeynalov tutulub.
Faktla bağlı araşdırma aparılır.
.