
Tərtərdə kanalda batan Bərdə sakinlərindən birinin meyti tapılaraq sudan çıxarılıb.
Meyit beton kanalın Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində tapılıb.
Hazırda meytin aidiyyatı üzrə təhvil verilmə prosesi aparılır.
Faktla bağlı araşdırma başlanıb meytin kimliyi araşdırılır
***
Tərtərdə 3 nəfər su kanalında itkin düşüb.
Hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib.
İlkin məlumata görə, Bərdənin 4 sakini çimmək üçün Suqovuşan-Goranboy beton su kanalına düşüblər. Kanalda axın güclü olduğundan onların hamısını su aparıb. Kənd sakinləri kanalda boğulmaq təhlükəsi ilə üzləşən bir nəfəri xilas ediblər, o, təcili yardım maşını ilə rayon xəstəxanasına göndərilib. Digər 3 şəxsdən isə xəbər yoxdur.
Hazırda hüquq-mühafizə əməkdaşları hadisənin baş verdiyi ərazidədirlər.
.