“Bölgələrdə məktəblərin niyə bağlanmadığı ilə bağlı suallar var idi”. 

Bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda bildirib.

Onun sözlərinə görə, bir çox rayonlarda gündəlik yoluxma 3-4-5 olur: “Ona görə bu ərazilərdə kütləvi yoluxmalara gedilməsi düzgün bilinmədi. Ənənəvi qaydada öyrənmək ən vacibidir. Müəllimlər də böyük risklərlə üz-üzə qalır, amma onlar şagirdlərin öyrənməsi üçün çalışırlar. Onların əksəriyyəti də şagirdlərə üz-üzə dərs keçməyin tərəfdarıdır. Təbii ki, statistika izlənir, ayrı-ayrı yerlərdə risk olarsa, distant təhsilə keçiləcək”. 

Nazir: "Bakıda məktəblərdə davamiyyət 64-65%-ə düşmüşdü"

“Bəzən mediada belə fikirlər səslənir ki, məktəblərin distant təhsilə keçməsi ictimai sorğu əsasında olub. Bunun da müəyyən rolu var, amma 3-5 günə tam texniki tələblərə cavab verən sorğu keçirmək imkanımız yoxdur”. 

Bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda bildirib. 

Onun sözlərinə görə, sorğuda 50 min adam rəy verib: “75 faiz adam təxminən məktəblərin bu və ya digər formada bağlanmasının tərəfdarı idi. Digər bir səbəb də məktəblərdə davamiyyətlə bağlıdır. 29 martda Bakıda 80% uşaq məktəbə gəlirdisə, sonrakı 2-3 gün ərzində bu rəqəmin 64-65%-ə düşməsini gördük. Onsuz da gün ərzində də 10-12 məktəb distant təhsilə keçirdi. Həmişə məktəblərin bağlanması-açılması ilə bağlı qərarlar kifayət qədər ağır olur, razı və narazı qalanlar olur. Məqsədimiz vətəndaş məmnuniyyəti ilə yanaşı şagirdlərin öyrənməsini təmin etmək, eyni zamanda sağlamlıqdır”.

Nazir: "Yoluxma sayı azalan anda dərhal ənənəvi təhsilə keçməyin tərəfdarıyıq"

“Yoluxma sayı azalan anda dərhal ənənəvi təhsilə keçməyin tərəfdarıyıq”. 

Bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda bildirib.

O bildirib ki, məktəblərin sonrakı fəaliyyəti ilə bağlı gələn həftənin ortalarında dəqiq proqnoz vermək mümkün olacaq. 

 

.