İyunun 2-si saat 16:50 dəqiqədə Tehranda baş verən qəfil qum qasırğası nəticəsində ən azı 5 nəfər həlak olub, 44 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya düşüb.
"Media forum” saytının məlumatına görə, küləyin sürəti saatda 110 kilometr olub. Qasırğa nəticəsində 50 min abonentin işığı kəsilib, bəzi məntəqələrdə elektrik xətləri sıradan çıxıb.
Fövqəladə hallara məsul olan şəhər böhranı idarəsinin rəisi Əhməd Sadiqi jurnalistlərə qasırğanın iki gün davam edəcəyini bildirib.
Qasırğada ölənlərə gəlincə, bir nəfər damdan uçub, iki nəfər tikilməkdə olan binanın uçması nəticəsində həlak olub, bir nəfərin üstünə kökündən qopmuş ağac düşüb. Daha bir nəfərin ölümünün səbəbi isə bilinmir.
.
