“İranda bizim qadınlarımız uzun müddətdir zülmə məruz qalırlar”.

Bunu etnik məsələlər və qadın hüquqları üzrə aktivist, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Jalə Təbrizli "Urmu gölünün harayı" adlı tədbirdə deyib.

O qeyd edib ki, İrandakı İslam rejimi qadın haqlarını tanınmır:

“Qadına kişinin yarısı kimi münasibət göstərilir. Baş örtüyü məcburidir. Xüsusən də türk olan qadınlar zülm görür. Həm qadın, həm də türk olduqları üçün irqi ayrı-seçkiliyə məruz qalırlar. Bundan başqa, uşaqlarımız ana dilində təhsil ala bilmir. Hər uşaq məktəbə gedəndə sevinər, amma bizim uşaqlarımız ağlayırlar. Çünki müəllimin dilini bilmirlər. Bu səbəbdən də çoxları savadsız qalır”.

Jalə Təbrizli: İran hökuməti Urmiya gölünün bərpası üçün heç bir addım atmayıb

“Beynəlxalq təşkilatlar, bəzi xarici dövlətlər Urmiya gölünün qurumasının qarşısını almaq üçün kifayət qədər vəsait ayırmışdı, lakin İran hökuməti bunu özünə xərclədi və Urmiya gölü üçün heç bir addım atılmadı”.

Bunu etnik məsələlər və qadın hüquqları üzrə aktivist, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Jalə Təbrizli "Urmu gölünün harayı" tədbirində deyib.

O bildirib ki, gölün qurumasının əsas səbəbi suyun qabağının kəsilməsi, əkinçiliyin plansız formada genişləndirilməsidir.

Hüquq müdafiəçisi: İranda etirazlarda güllələnərək öldürülənlər var

"Son etirazlar zamanı İranda 1700-ə yaxın şəxs həbs olunub".

Bunu etnik məsələlər və qadın hüquqları üzrə aktivist, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Jalə Təbrizli "Urmu gölünün harayı" adlı tədbirdə deyib.

O bildirib ki, hazırda onların siyahısında həbs edilən 500 nəfərin adı var:

"Həmçinin, güllələnərək öldürülənlər də var. İl ərzində ümumilikdə etirazlara görə, 2-3 min şəxs saxlanılır. Biz onlar barəsində beynəlxalq təşkilatlara mütəmadi məlumat veririk".

 

.