“Azərbaycanın Vətən müharibəsində Türkiyə və Pakistanın Azərbaycanın yanında yer alması bir başlanğıc deyil, nəticə idi”.

Bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

Türkiyə Böyük Millət Məclisinin sədri deyib ki, Bakı Bəyannaməsi ilə üç ölkənin parlamentlər səviyyəsində üçlü format yaratması da kiməsə qarşı deyil: “21-ci əsrdə yeni paradiqmalar ortaya çıxacaq. İkinci Dünya Müharibəsindən sonra yaradılan BMT dünyada nizamı təmin edə, müharibə və münaqişələrə son qoya bilmədi. Avropanın ortasında, Bosniya və Hersoqovinada yaşanan qətliam bunun bariz nümunəsidir. BMT sülhməramlıları qismində çıxış edən Hollandiya əsgərləri dinc insanları soyqırıma tərk etdi. Xarici işlər nazirləri, hazırda parlament sədrləri səviyyəsində yaradılan üçlü format daha sonra Azərbaycan, Türkiyə və Pakistan dövlət başçıları arasında da yaradıla bilər. Ona görə də bizim addımımız bir ölkəyə qarşı deyil, 21-ci əsrində paradiqmaları ilə bağlıdır”.

Mustafa Şentop: “Parlamentlər səviyyəsində sistemli olaraq islamafobiyaya qarşı mübarizə aparacağıq”

“Bakı Bəyannaməsi ilk növbədə Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında əməkdaşlığı inkiqaf etdirməyi nəzərdə tutur".


Bunu Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirilən mətbuat konfransında bildirib.

Türkiyə Böyük Millət Məclisinin sədri deyib ki, beynəlxalq plaftormalarda üç ölkənin birlikdə hərəkət etməsi də Bəyannamədə nəzərdə tutulur: “İndiyə qədər də birgə hərəkət etmişik, sadəcə, bunu bir də strukturlaşdırırıq. İndiyə qədər də Azərbaycan millət vəkillərinin olmadığı byenəlxalq platformalarda Türkiyə millət vəkilləri Azərbaycanın maraqlarını müdafiə ediblər. Eyni mövqedən Azərbaycan millət vəkilləri də çıxış ediblər. İslamafobiya ilə birgə mübarizə də nəzərdə tutulur. Beləliklə, parlamentlər səviyyəsində sistemli olaraq islamafobiyaya qarşı mübarizə aparacağıq”.


 

.