"Avropa İnvestisiya Bankı (European Investment Bank, EIB) tərəfindən Trans-Adriatik qaz boru kəməri (TAP) layihəsinə kreditin ayrılması ilə bağlı danışıqlar davam etdirilir”.
Bunu TAP Konsorsiumunun prezidenti Vollter Pirer (Walter Peeraer) "Reuters” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, EİB tərəfindən TAP-a 1,5 mlrd. avro həcmində kreditin ayrılması ilə bağlı qərarı fevral ayında qəbul ediləcək.
Xatırladaq ki, SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov da Avropa İnvestisiya Bankı tərəfindən TAP layihəsinə 1,5 mlrd. avro məbləğində kreditin ayrılmasının gələn ilin fevral ayınadək təxirə salındığını bildirmişdi. O, bu addımın layihənin icrasına hələlik təsir etməyəcəyini qeyd etmişdi: "Hələlik bu qərar layihənin icrasına təsir etmir. TAP layihəsi 2020-ci ilin əvvəlində istismara veriləcək".
Vitse-prezident qeyd edib ki, EIB bu qərarı bəzi amillərin təzyiqi altında atıb.
