Taksi sürücüsünün maşınını oğurlayan şəxs: "Bıçaq çıxarıb..." (Video)

6,458 oxunub

Beyləqan rayonu Birinci Şahsevən kənd sakini Elgin Feyzullayevin cinayət əməllərinin üstü vətəndaş Zaməddin İmanovun polisə ərizə yazması ilə açılıb.

ARB xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan İmanov bildirib ki, "Mercedes” markalı maşınına əyləşən tanımadığı şəxs avtomobilini quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.

Abşeron Rayon Polis İdarəsinin cinayət axtarış idarəsi və Mehdiabad polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Elgin Feyzullayev şübhəli şəxs qismində saxlanılıb. Dindirmə zamanı isə o, əməlini etiraf edib. Dediyinə görə, Abşeron rayonu Goradil qəsəbəsində qardaşının yanında qaldığı vaxt avtomobil oğurlamaq xülyasına düşüb. Paytaxtın Nizami rayonu ərazisində dayanan taksilərdən birinə yaxınlaşaraq onu Goradil qəsəbəsinə aparmasını istəyib.

Elgin Feyzullayev - Saxlanılan şəxs: "Hara demişdim məni apardı. Sonra əlbəyaxa oldum. Bıçaq çıxarıb, maşını əlindən aldım. Qardaşımgilə apardım. Hasarı söküb ora saldım.

Elgin Feyzullayev fərdi yaşayış evində oğurluq avtomobilin diqqət çəkməməsi üçün maşını yarımtikili hasarın içinə salaraq qarşısını hörüb. Lakin bununla polisin diqqətini yayındıra bilməyib. Mehdiabad polis bölməsi əməkdaşları tərəfindən avtomobilin yeri müəyyənləşdirilərək oradan çıxarılıb.

Saxlanılan şəxsin ətrafında aparılan araşdırmalarla digər cinayət əməllərinin də üstü açılıb. Məlum olub ki, o, əmisi Vüqar Feyzullayev, qardaşı Elvin Feyzullayev və bibisi oğlu Amil Mirişovla birgə Goradil, Fatmayi və Mehdiabadda müxtəlif vaxtlarda ayrı-ayrı evlərdən oğurluq ediblər.

Elgin Feyzullayev - Saxlanılan şəxs: ""Reşotka"nı qırıb içəri girdik. Evdən kompyuter, maqnitafon, paltar yeni əlimizə nə düşdü götürürdük".

Cinayət əməllərinə hüquqi qiymət verilməsi üçün iş açılıb, istintaq aparılır.

Yenizaman.az


.
XƏBƏRLƏR 27-09-2026
26-09-2026
20:01 Tramp: Putin və Zelenski bəlkə də qışdan əvvəl razılaşma əldə edəcəklər
19:50 Lavrov Ukraynada müharibə başlayandan sonra ilk dəfə Almaniyanın xarici işlər naziri ilə görüşüb
19:38 Prezident İlham Əliyevin sosial media hesablarında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı videoçarx paylaşılıb - VİDEO
19:15 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
19:06 Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq
19:03 Tramp Kuba ilə bağlı hərbi müdaxiləyə ehtiyac olmayacağını bildirib
18:25 Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
18:20 Ceyhun Bayramov: Biz real nəticələr verən, regional sabitliyi təmin edən çoxtərəfli sistemə sadiq qalırıq
18:15 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB-1
18:06 İran Ali Milli Təhlükəsizlik Şurası: Hava məhdudiyyətlərinin aradan qaldırılması üzrə danışıqlar davam edir
18:03 CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
17:31 Tramp: İran nüvə silahına sahib ola bilməz
17:20 "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb
17:15 İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - YENİLƏNİB
17:06 Makron 2027-ci ildən sonra yenidən prezidentliyə namizədliyini istisna etməyib
Təqvim