Sülh Şurası (Board of Peace) Azərbaycanı rəsmi olaraq təsisçi üzv kimi qəbul etdiyini açıqlayıb.

Bu barədə məlumat təşkilatın “X” sosial şəbəkə hesabında paylaşılıb.

Paylaşımda Azərbaycana həsr olunmuş xüsusi qarşılama posteri yayımlanıb və ölkə Sülh Şurasının təsisçi üzvlərindən biri kimi təqdim edilib.

Bənzər qarşılama paylaşımları digər iştirakçı dövlətlər üçün də dərc olunub ki, bu da Şuranın qlobal şəbəkəsinin formalaşmağa başladığını göstərir.

Sülh Şurası ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılıb. Təşkilatın əsas sənədi olan Sülh Şurasının Nizamnaməsinin imzalanma mərasimi yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində baş tutub.

.